Avropa İttifaqı Azərbaycan və Ermənistanı oktyabrın 6-da Praqada keçiriləcək qeyri-rəsmi sammitə dəvət edib.
"Unikal" "The Guardian"a istinadən xəbər verir ki, sözügedən sammitdə regionun təhlükəsizliyini təmin etmək üçün çağırılacaq yeni Avropa siyasi birliyinin yaradılmasının zəruriliyi məsələsi müzakirə olunacaq.
Norveç, İsveçrə, Aİ-yə daxil olmayan, lakin vahid bazara dərin inteqrasiya olunmuş ölkələr, eləcə də Aİ-yə daxil olmaq istəyən 9 ölkə: Gürcüstan, Ukrayna, Moldova, altı Balkan ölkəsi, Azərbaycan və Ermənistan da sammitdə iştirak edəcək.
Sammitə Böyük Britaniyanın bu gün seçiləcək Baş naziri də dəvətlidir. Hazırda Türkiyənin varlığı ilə bağlı müzakirələr gedir. Ankara ilə mübahisəsi olan Yunanıstan və Kipr Türkiyənin dəvətinə qarşı çıxır.
Ağarza Elçinoğlu