İsraildə ərəb jurnalist Nidal Aqbariya gecə saatlarında öz avtomobilində güllələnərək öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

"Umm əl-Fahm şəhərində avtomobildə güllə yaraları almış 44 yaşlı kişi aşkarlanıb. O, ağır vəziyyətdə "Emek" Tibb Mərkəzinə aparılıb", - polisin yaydığı məlumatda deyilir.

Onun öülüm  ilə bağlı cinayət işi açılıb.  Araşdırma aparılır.