Birləşmiş Millətlər Təşkilatının Qadınlar Bölməsi bu gün dərc etdiyi hesabatda tam gender bərabərliyinə nail olmaq üçün təxminən 300 il lazım olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, hesabatı Birləşmiş Millətlər Təşkilatının Qadınlar Bölməsi paylaşıb.
Epidemiyalar, zorakı münaqişələr, iqlim dəyişikliyi, qadınların cinsi-reproduktiv sağlamlığına və hüquqlarına reaksiyalar kimi qlobal çağırışların gender bərabərsizliyini daha da şiddətləndirdiyini bildirən BMT-nin Qadınları 'tam gender bərabərliyinə nail olmaq üçün təxminən 300 il lazım olduğunu' vurğulayıb.
BMT-nin Qadınları və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) dərc etdiyi hesabatda; Hazırkı irəliləyiş tempi ilə, hüquqi müdafiədəki boşluqları aradan qaldırmaq və ayrı-seçkilik qanunlarını ləğv etmək üçün 286 ilə qədər vaxt lazım olacağı proqnozlaşdırılır.
BMT-nin hesabatında qadınların iş yerlərində güc və liderlik vəzifələrində bərabər şəkildə təmsil olunması üçün 140 il, milli parlamentlərdə bərabər təmsilçiliyə nail olmaq üçün isə ən azı 40 il müddətinə ehtiyac olduğu diqqəti çəkib.
Ən yoxsul kənd yerlərində yaşayan qızların ən çox əziyyət çəkəcəyini vurğulanıb.Hətta yoxsulluğun bütün dünyada kişilərdən daha çox qadın və qızlara təsir etdiyi qeyd edilərək, “2022-ci ilin sonunadək 368 milyon oğlan və qıza qarşı təqribən 383 milyon qadın və qızın həddindən artıq yoxsulluq içində yaşayacağı” bildirilib. Hesabatda vurğulanır ki, epidemiyaya görə qadınlar 2020-ci ildə qlobal miqyasda təxminən 800 milyard dollar gəlir itiriblər.