ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin ukraynalı həmkarı Oliksiy Reznikovla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri tviter səhifəsində yazıb.

O bildirib ki, görüş Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl baş tutub.

Nazirlər Ukraynadakı durumu, həmçinin Rusiyaya qarşı birgə mübarizəni müzakirə ediblər.c