Dünyanın ikinci ən böyük səsyazma şirkəti olan "Sony Music Group" Rusiyanı tamamilə tərk etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
"Rusiya bazarından tamamilə çıxmaq və Rusiya şirkətini, eləcə də onun reyestrini yerli idarəetməyə vermək barədə qərar qəbul edilib", - məlumatda deyilir.
Qeyd olunub ki, şirkət Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibələr fonunda Rusiyanı tərk edir.
Ağarza Elçinoğlu