Sərhəd polisi nəzarət-buraxılış məntəqəsindən yan keçərək Gürcüstana narkotik keçirməyə cəhd edən iki Ermənistan vətəndaşını saxlayıb.
"Unikal" xəbər verir ki, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Qırmızı Körpü (Sadaxlo keçid məntəqəsi) ərazisində dövlət sərhədini qanunsuz keçərək, 12 kisəyə qablaşdırılan “Alfa-PVP” narkotik vasitəni Gürcüstan ərazisinə gətiriblər.
Təqsirləndirilən şəxslərin yaşı 24 və 28-dir.
Bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz keçmə, habelə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstan ərazisinə gətirilməsi faktı üzrə araşdırmalar davam etdirilir. Bu cinayətlər 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.