BMT-nin baş katibi Antonio Quterreş Pakistana səfər edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Quterreş daşqının zərər vurduğu bölgələrə səfrə edəcək.

 

Baş katib səfəri zamanı Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Bilaval Bhutto-Zərdari ilə görüş keçirəcək.

Xatırladaq ki, musson yağışlarının yağması nəticəsində baş verən daşqında ölənlərin sayı 1391 nəfər olub.