Ukrayna ordusu bir sıra yaşayış məntəqələri yaxınlığında rusların hücumunu dəf edib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində uğurlu əks-hücum əməliyyatı keçirir.
"Unikal" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, ukraynalı hərbçilər əks-hücum əməliyyatı nəticəsində 50 kilometr irəliləyiblər.
"Qoşunlarımızın Xerson vilayətinin müəyyən ərazilərində hücumu ilə əlaqədar Rusiya Federasiyası silahlı qüvvələrinin bölmələri yerli mülki əhaliyə qarşı terror aksiyaları taktikasına keçir. Belə ki, mövcud məlumatlara görə, Bolşaya Aleksandrovka qəsəbəsində işğalçılar yerli əhalidən "insan qalxanı" kimi istifadə edirlər. Kəndin giriş-çıxışı bağlanıb", - məlumatda qeyd edilib.
Ağarza Elçinoğlu