Ukrayna ordusu ən çox qadının xidmət etdiyi ordulardan biri olub.
"Unikal" xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski "Telegram"da yazıb.
"Ukraynalı qadınlar kişilərlə bərabər şəkildə öz doğma torpaqlarını müdafiə edir və ən çətin tapşırıqları yerinə yetirirlər. Ordumuz ən çox qadının xidmət etdiyi ordulardan biri olub və belə də qalır", - deyə Zelenski bildirib.