Rusiya prezidenti Vladimir Putin Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimində iştirak etməyəcək.
"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Xeyr, bu variant nəzərdən keçirilmir", - prezidentin mətbuat katibi bildirib.
Peskov Britaniya kraliçasının dəfn mərasimində Rusiyanı kimin təmsil edəcəyi sualına da cavab verməyib.
"İndiyə qədər protokol praktikasının necə olacağı, dəfn mərasimində kiminsə iştirak edib-etməyəcəyi ilə bağlı heç bir açıqlama verilməyib...", – Peskov yekunlaşdırıb.