Rusiya Federasiyasında qadağan olunmuş “Kətibə Tövhid vəl-Cihad” terror təşkilatının lideri Sirociddin Muxtarov Rusiya Aerokosmik Qüvvələrinin (VKS) endirdiyi zərbə nəticəsində Suriyada öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasında döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini, general-mayor Oleq Yeqorov bildirib.
“Alınan məlumata görə, sentyabrın 8-də Rusiya Aerokosmik Qüvvələrinin İdlib əyalətindəki yaraqlıların düşərgəsinə endirdiyi zərbə nəticəsində “Kətibə Tövhid vəl-Cihad” qeyri-qanuni silahlı qruplaşmasının lideri hökumət qüvvələrinə qarşı terror aktlarının təşkilində iştirak etmiş Muxtarov Sirociddin Ziyavutdinoviç Suriyada məhv edilib", - Yeqorov bildirib.
O, əlavə edib ki, “Cəbhət ən-Nusra” terror təşkilatının 20-dən çox yüksək rütbəli üzvü də məhv edilib. Yeqorovun sözlərinə görə, onlar “döyüşçülərin döyüş və təxribat hazırlığına, qrupun maliyyə və inzibati fəaliyyətinin təşkilinə” cavabdeh idilər.