Britaniya kralı III Çarlz böyük oğlu Uilyama Uels şahzadəsi titulunu verib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, o, Uilyamın həyat yoldaşı Keyt Midltonu isə Uels şahzadəsi elan edib.
Qeyd edək ki, ötən gün 96 yaşlı II Yelizavetanın ölümündən sonra kraliçanın böyük oğlu və varisi, keçmiş Uels şahzadəsi Çarlz Britaniyanın kralı olub. Yelizaveta vəfatından əvvəl isə 73 yaşlı Çarlzın xanımına Kamillaya Kraliça konsort (Kraliça həyat yoldaşı) titulunu vermişdi.