Silah tədarükü Ukrayna üçün həyati əhəmiyyət kəsb edir, lakin Berlin bu məsələni ləngidir.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Reuters" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Almaniya hakimiyyətinin Kiyevi silahla təmin etmək istəməməsi Berlinin nasist keçmişi ilə bağlıdır.
"Almaniyada Ukraynaya silah tədarükündə onun nasist keçmişi ilə bağlı müəyyən psixoloji maneələr var", - deyə Ukrayna prezidenti bildirib.
Zelenski qeyd edib ki, Rusiya ilə müharibənin nəticəsi xarici silahların Ukraynaya sürətlə çatdırılmasından asılıdır.