"Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlardan sonra vəziyyət hüquqi mənada və beynəlxalq hüquq baxımından dəyişəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Vəziyyət hüquqi nöqteyi-nəzərdən bu ərazilərdə mühafizənin təmin edilməsinin bütün nəticələri ilə köklü şəkildə dəyişəcək”, - deyə o, jurnalistin sualını cavablandırıb.
Peskov həmçinin əlavə edib ki, referendumdan sonra müharibənin dayandırılması Ukrayna tərəfdən asılıdır.
Gülayə Mecid