Polşa səfərbərlikdən qaçan rusları ölkələrində qəbul etmək niyyətində deyil.
"Unikal" xəbər verir ki, bu barədə Polşa Baş nazirinin aparatının rəhbəri Mixal Dvorçik Polşa radiosunun efirində bildirib.
O, Polşanın Rusiya Federasiyasında siyasi əqidəsinə və ya insan hüquqları uğrunda mübarizəyə görə repressiyaya məruz qalan şəxslərə öz sərhədlərini bağlamadığına diqqət çəkiB.
"Digər tərəfdən, biz indiyə qədər Vladimir Putin rejimini dəstəkləyən Rusiya vətəndaşlarını qəbul etməyi planlaşdırmırıq. Şübhəsiz ki, biz belə insanları dəstəkləməyəcəyik”, - Dvorçik bildirib.
Gülayə Mecid