Türkiyənin daxili işlər naziri Süleyman Soylunun istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə "Cümhuriyyət" qəzeti məlumat yayıb. Bildirilir ki, o, ölkənin Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Ərdoğanın istefa ərizəsinə nə cavab verdiyi hələ ki, məlum deyil. KİV-də yer alan xəbərlərə görə, AKP üzvü Faruk Çəlik Türkiyənin yeni daxili işlər naziri təyin olunacaq.