"İjevskdəki faciədən sonra Rusiya prezidenti Vladimir Putinlə ölüm cəzasının bərpası ilə bağlı məsləhətləşmələrə başlamağı təklif etdim".
"Unikal" rus mediasına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
"Mən müvafiq komitələrə, Şuraya və Dövlət Dumasının sədrinə uşaqlara və gənclərə qarşı terror aktlarının təşkilatçıları və icraçılarına məhkəmə hökmü ilə ölüm cəzası təyin etmək üçün prezident, hökumət, hüquq-mühafizə orqanları ilə təcili məsləhətləşmələr aparmağı tapşırmağı təklif edirəm", - Zatulin bildirib.
Onu Dövlət Dumasının sədri Vyaçeslav Volodin də dəstəkləyib və lazımi protokol göstərişlərinin hazırlanmasını tapşırıb.
Bundan əvvəl İjevsk məktəbində atışma nəticəsində ölənlərin sayı 11 uşaq olmaqla 17-yə çatıb.
Gülayə Mecid