Ukrayna hərbçiləri Kupyanskın cənubundakı Kupyansk-Uzlovaya kəndi üzərində nəzarəti təmin edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat yayıb. 

Onun sözlərinə görə, uğurlu əməliyyat nəticəsində əraziyə tam nəzarət təmin olunub.