Xarkov vilayətində Ukrayna müdafiə qüvvələri 454 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko brifinqdə bildirib.
"Hərbçilərimizin hücum əməliyyatları sayəsində rayonun 454 yaşayış məntəqəsi işğaldan azad edilib", - deyə o, bildirb.
Onun sözlərinə görə, rayonun işğaldan azad edilmiş ərazilərində 14 polis idarəsi işini bərpa edib, 90 təhsil müəssisəsi onlayn təlimə başlayıb, 78 təcili tibbi yardım məntəqəsi, 23 yerli özünüidarəetmə orqanı fəaliyyətə başlayıb.
Gülayə Mecid