Almaniya səfiri Bundestaq vitse-spikerinin Ərdoğanla bağlı açıqlamaları ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Bundestaqın vitse-spikeri Volfqanq Kubikinin prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına səsləndirdiyi bəyanatları kəskin şəkildə pisləyib.
“Biz Bundestaqın vitse-spikeri Volfqanq Kubikinin Aşağı Saksoniyada seçki kampaniyası çərçivəsində Türkiyə dövlət başçısına qarşı səsləndirdiyi təhqiramiz ifadələri qəti şəkildə pisləyirik”, - Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tancu Bilgiç bildirib.
Türkiyə mətbuatı xəbər verir ki, sentyabrın 27-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan Almaniyanın Ankaradakı səfirinə də bu məsələ ilə bağlı kəskin reaksiya verilib.
Gültəkin Ələsgər