BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin mandatı uzadılıb.
"Unikal" xəbər verir ki, bu barədə Qrandi "Twitter"də məlumat verib. Qrandi bildirib ki, onun BMT QAK-dakı mandatı BMT Baş Assambleyası tərəfindən 2025-ci ilin sonuna qədər uzadılıb:
“Üzv dövlətlərə, BMT Baş katibi Antoniu Quterreşə və həmkarlarıma göstərdikləri etimada və dəstəyə görə təşəkkür edirəm”.