Donetsk və Luqansk, eləcə də Zaporojye və Xerson vilayətində keçirilən referendumlarda səslərin 100%-i hesablanıb və yekun nəticələr məlum olub.

"Unikal" xəbər veirr ki, bu barədə sentyabrın 27-də rayon seçki komissiyaları məlumat yayıb.

Donetskdə seçicilərin 98,69%-i, Luqanskda 97,93%-i, Zaporojye vilayətində əhalinin 97,81%, Xerson vilayətində isə 96,75%-i Rusiyaya birləşməyə səs verib.

19:59

Ukraynanın Donetsk, Luqansk, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün keçirilən “referendumlar”da səsvermə başa çatır.

"Unikal" xəbər verir ki, ilkin nəticələr qaçqınların və diplomatik korpusun səs verə biləcəyi Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrindən gəlir.

Donetskdə bülletenlərin 22,48%-dən çoxunun işlənməsindən sonra 98,35%, Luqanskada səslərin 51,76%-nin sayılmasından sonra 97,93%, Zaporojyedə protokolların 60%-nin işlənməsindən sonra 97,75%, Xersonda isə səslərin 61%-nin sayılmasından sonra seçicilərin 96,44% faizi bu ərazilərin Rusiyaya birləşdirilməsinə tərəfdar olduqları bildiriliblər.