NATO -nun baş katibi Yens Stoltenberq Milli Silah Direktorları Konfransının (CNAD) növbədənkənar iclasını çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının saytında məlumay yer alıb. .
Aydınlaşdırılır ki, görüş zamanı Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələri , NATO müttəfiqlərinin hərbi potensialı və sursat ehtiyatları, habelə onlarda boşluqların aradan qaldırılması yolları müzakirə olunub.
Stoltenberq iclasdakı çıxışında tərəfdaşları silahları mümkün qədər tez doldurmağa çağırıb.
“NATO-nun arsenalının artırılması bizə Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək”, - deyə o bildirib.
Bundan əvvəl Yens Stoltenberq Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşdən sonra Şimali Atlantika Alyansı ilə Avropa İttifaqı arasında yeni bəyannamənin imzalanmasının zəruriliyini açıqlamışdı .
Reuters həmçinin ABŞ- ın Ukraynaya 12 milyard dollarlıq yardım paketi ilə bağlı ilkin razılığa gəldiyini bildirib .
Gültəkin Ələsgər