Rusiyanın ən böyük polad istehsalçılarından biri olan Aleksandr Qriqoryeviç Abramovun dünyanın ən böyük yaxtalarından biri kimi göstərilən ultra lüks yaxtası "Titan" Muğlanın Fethiye rayonunda yanaşıb.
"Unikal" xəbər verir ki, Rusiyanın polad milyarderi Aleksander Abramovun Kayman adaları bayrağı olan, eni 13 metr, uzunluğu 80 metr olan "Titan" adlı ultra lüks yaxtası dünən axşam saatlarında Muğlanın Fethiye rayonunda lövbər salıb.
Evraz Holdinqin sədri və üç uşaq atası 63 yaşlı 8 milyard dollarlıq sərvəti olan Aleksandr Abramovun yaxtasının yanacaq doldurmaq üçün Fethiye Limanında lövbər saldığı məlum olub.
Yaxtada idman salonu, göyərtədə cakuzi, kinoteatr, çimərlik klubu və bir çox digər fəaliyyətlər var. 2010-cu ildə inşa edilən, dəyəri 100 milyon dollar olan yaxtada 14 qonaq və 19 heyət yerləşə bilər.
Gültəkin Ələsgər