Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Zaporojye və Xerson vilayətlərində keçirilmiş referendumların nəticələrini şərh edib.
"Unikal" xəbər verir ki, Dmitri Medvedev referendurmun nəticələri haqda belə yazıb.
“Referendum başa çatıb. Nəticələr göz qabağındadır. Rusiyaya vətəninə xoş gəldin !” Medvedev yazıb.
Qeyd edək ki, sentyabrın 23-dən 27-dək bu regionlarda Ukraynanın tərkibindən çıxmaq və Rusiya Federasiyasına qoşulmaq məsələsi ilə bağlı referendumlar keçirilib.
Artıq səsvermə başa çatıb və səslər hesablanır. O cümlədən, Xerson vilayətində bülletenlərin 100%-i hesablandıqdan sonra seçicilərin 87,05%-i Rusiyanın tərkibinə daxil olmağın lehinə səs verib .
Gültəkin Ələsgər