Türkiyədə "İnterpol"un "qırmızı xətti" ilə axtarışda olan və meşə yanğınlarının törədilməsində şübhəli bilinən terrorçu PKK qruplaşmasının üzvü Sabah Oğur Suriyanın Hələb şəhərində zərərsizləşdirilib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun zərərsizləşdirilməsi istiqamətində Türkiyənin Milli İstihbarat Təşkilatı (Milli Kəşfiyyat Təşkilatı) Hələbdə əməliyyat keçirib.