Çinin şimal-şərqindəki Çançun şəhərində kafelərin birində yanğın baş verib.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində 17 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Yanğının qarşısı bir müddət sonra alınıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Yanğınla bağlı saxlananların olduğu bildirilib.