İran sosial şəbəkələrində SEPAH komandirinin bir qrup etirazçı tərəfindən güllələnərək öldürüldüyü haqqında məlumatlar yer alıb.
"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərə əsasən, SEPAH-ın Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərindəki hərbi birləşməsinin kəşfiyyat bölməsinin rəisi polkovnik Mohsen Dalvənd bir qrup etirazçı tərəfindən güllələnərək öldürülüb.
Bir neçə saat öncə əldə edilən məlumata görə, onun 4 mühafizəçisi də Urmu şəhər xəstəxanasına çatdırılıb və onların vəziyyətinin ağır olduğu bildirilir.
Gültəkin Ələsgər