Konqo Demokratik Respublikasında (KDC) Uqanda ordusuna aid hərbi helikopterin qəzaya uğraması nəticəsində çoxlu əsgərin öldüyü bildirilib.
"Unikal" xəbər verir ki, Uqanda ordusuna aid Rusiya istehsalı olan Mi-17 vertolyotu KDC-də Şujaa əməliyyatında Uqanda əsgərlərinə yemək çatdırdıqdan sonra havaya qalxarkən qəzaya uğrayıb.
Helikopterin partlaması nəticəsində 12-dən çox əsgər həlak olub.Ordudan ölən və yaralananların sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, qəza ilə bağlı araşdırmalara başlanıldığı açıqlanıb.
Uqanda 2021-ci ilin dekabrında KDC-nin şərqində terror təşkilatı Demokratik Alyans Qüvvələrinə (ADF) qarşı əməliyyatlara dəstək vermək üçün ölkəyə əsgər göndərib.
Uqandanın KDC-də 1700 əsgərinin olduğu təxmin edilir.
Gültəkin