Rusiyaya üz tutan Panama bayrağı altında üzən “Viva Eclipse” adlı boş yük gəmisilə bağlı qəzadan sonra Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul sahil mühafizəsindən məlumat verilib.
Qeyd edək ki, mühərrikində problem yaranan nəqliyyat vasitəsi yedək gəmilərilə kənara çəkilib.
20:59
Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb.
"Unikal" xəbər verir ki, buna səbəb boğazdan keçən quru yük gəmisində mühərrik nasazlığı olub.
Məlumata görə, 190 metrlik quru yük gəmisi Panama bayrağı altında üzür və Rusiyaya doğru hərəkət edirdi.
İstanbulun Asiya sahillərində yük gəmisinin mühərriki sıradan çıxıb və o boğazda qalıb. Hadisə yerinə yedək gəmiləri göndərilib.
Gəminin boş olduğu bildirilir.
Gültəkin