Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin qondarma rəhbərliyinə qarşı sanksiyalar tətbiq edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borell bildirib.
Onun sözlərinə görə, Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən əcnəbilərə qarşı da sərt cəzalar tətbiq olunacaq.