Ukraynanın Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul şəhərə raket hücumunun olduğunu bildirib.
"Unikal" xəbər verir ki. o, bu barədə öz Telegram kanalında məlumat yayıb.
"Krivoy Roqa raket hücumu var! Hava hücumundan müdafiə sistemi işləyir. Sığınacaqlardan çıxmayın!" deyə - o vurğulayıb.
Vilkul şəhər sakinlərini sosial şəbəkələrdə videolar paylaşmamağa da çağırıb.
Xatırladaq ki, sentyabrın 26-da rus iordusu Krivoy Roq hava limanını da raket atəşinə tutublar.
Ramil Zeynallı