ABŞ-ın Florida ştatında “İan” qasırğası nəticəsində işıqsız qalan elektrik istehlakçılarının sayı 2 milyon nəfəri keçib.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Amerikanın elektrik şəbəkəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, şəbəkədən kəsilmiş istehlakçıların sayı 2 milyon 2 min nəfər təşkil edib.
Belə ki, hazırda ştatda qeydiyyatda olan bütün elektrik istehlakçılarının təxminən 20 %-i işıqsız qalıb.