Kanadada COVID-19 peyvəndi almaqdan imtina edən 407 hərbçi ordudan qovulub.
"Unikal" xəbər verir ki, Kanadanın "CTV News" telekanalının məlumatına görə, Castin Trüdo hökumətinin 2021-ci ilin oktyabrında çıxardığı "federal qurumlardakı dövlət işçilərinin iki doza məcburi COVID-19 peyvəndi olması" qərarında hərbçilər də var.
Silahlı qüvvələrin şəxsi heyəti bundan azad edilsə də, bu ilin iyununda qərar dayandırılıb.
Məlumata görə, 2021-ci ilin oktyabr ayından bu ilin sentyabr ayına qədər iki dozada COVID-19 peyvəndi almaqdan imtina edən 299 hərbi qulluqçu ordu sıralarından tərxis edilib.
Xəbərdə Kanada Silahlı Qüvvələrinin 108 nizami ordu mənsubunun 13 sentyabr 2022-ci il tarixindən etibarən eyni əsaslarla işdən çıxarıldığı bildirilib.
Gülayə Mecid