Danimarka Kraliçası II Marqret 4 nəvəsini "kral" titullarından məhrum edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kraliça 2023-cü il yanvarın 1-dən etibarən Şahzadə Yoahimin övladlarının titullardan yalnız Monpezatın "Qraf" və "qrafinyası" kimi istifadə edəcəyini bildirib.
Kraliçanın dörd nəvəsinin Tacın rəsmi üzvlüyünün tələb etdiyi xüsusi mülahizələr və vəzifələrlə məhdudlaşmadan "öz həyatlarını daha geniş miqyasda formalaşdırmaq üçün bir çərçivə yaratmaq" istədikləri qeyd edilib.
Bildirilibki, Şahzadə Nikolay, Şahzadə Feliks, Şahzadə Henrik və Şahzadə Afina Danimarka taxtına yüksəlmə zamanı öz yerlərini qoruyacaqlar.
Qeyd edək ki, İsveç kralı 16-cı Karl Qustaf da 2019-cu ildə nəvələrini titullarından məhrum etmişdi.
Gülayə Mecid