"Yeni il qabağı Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatların başa çatdığını elan edə bilər".
"Unikal" xəbər verir ki, bunu türkiyəli analitik Erkan Altparmak yerli KİV-lərdən birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Yeni ildən əvvəl Moskva və Kiyevi danışıqlara başlamağa sövq edə bilərlər:
"Hesab edirəm ki, vəziyyətin normallaşması çox tez, yaxın iki-üç ay ərzində başlaya bilər. Hazırda Qərbin və Kiyevin hərəkətləri çox önəmlidir. İstər sülh, istərsə də qeyri-sabitlik, bu, həmişə diqqətdə saxlanılmalıdır”, - Erkan Altparmak bildirib.
Gülayə Mecid