Rusiyada yaşayan və "Instagram" sosial şəbəkəsində ən çox izləyicisi olan azərbaycanlı (21,1 milyondan çox abunəçi) bloger Hüseyn Həsənov Moskvadakı daimi yaşayış yerini tərk edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Belə ki, gömrükdə kompüter monitorundan çəkilən fotoda blogerin Rusiyanı tərk etdiyi görünür.
Bir neçə saatdan sonra Həsənov hava limanından çəkilmiş videogörüntüləri də instaqram səhifəsində hekayələr bölməsində paylaşıb.
“Bir-iki gün ata evimə qayıdıram", - deyə bloger qeyd edib.
Rusiya mediası azərbaycanlı blogerin səfərbərlik xəbərləri fonunda Rusiyanı tərk etdiyini yazıb. Lakin Hüseyn sosial şəbəkədə barəsində yayılan xəbərləri təkzib edib.
Hazırda bloger Bakıdadır.
Gülayə Mecid