ABŞ prokurorları rusiyalı milyarder Oleq Deripaskanı “sanksiyaları pozmaqda” ittiham edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Deripaskanın üç dəbdəbəli mülk saxlamaq üçün ABŞ maliyyə sistemindən istifadə edərək və onun adından Kaliforniyada musiqi studiyası almaq üçün bir qadını işə götürməklə sanksiyaları pozduğunu bildirib.
ABŞ Maliyyə Nazirliyi, o cümlədən Deripaskanın qara siyahıya salınması onun Rusiyanın yüksək rütbəli dövlət məmurunun adından çıxış etdiyini və enerji sektorunda işlədiyini iddia edib.
"Rusal" alüminium nəhənginin qurucusu olan 54 yaşlı Deripaskanın sərvəti 2,8 milyard dollar olaraq qiymətləndirilir və o, həmçinin Aİ və Böyük Britaniya sanksiyalarına məruz qalıb.
Gülayə Mecid