Estoniya Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində keçirdiyi psevdoreferendumları tanımır.
"Unikal" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu "Twitter" hesabında bildirib.
"Biz dəyərsiz “referendumların” nəticələrini və Ukrayna ərazilərinin ilhaqını tanımırıq. Dəstəyimiz sarsılmazdır. Beynəlxalq hüququn və insanlığın əsaslarının bu kobud şəkildə pozulması Rusiyanın əsl simasını nümayiş etdirir. Rusiya törətdiyi cinayətlərə görə cavab verəcək”, - o yazıb.
Gülayə Mecid