Almaniyanın Moskvadakı səfiri Geza Andreas von Geyr Almaniya-Rusiya münasibətlərinin ən aşağı həddə çatdığını və “bu tunelin ucunda işıq olmadığını” bildirib.
"Unikal" bu barədə TASS-a istinadən məlumat yayıb.
“Rusiya rəhbərliyi Almaniyanı və bütün yaxın tərəfdaşlarımızı “dost olmayan ölkələr” kateqoriyasına daxil edib. Siyasi münasibətlərimiz ən aşağı həddə çatıb və bu tunelin sonunda işıq yoxdur – hətta tunelin özünü də görmək mümkün deyil”, - səfir bildirib.
O vurğulayıb ki, alman nümayəndələrinin Rusiyadakı fəaliyyəti indi Alman Birliyi Gününün simvolizə etdiyi vəzifəni yerinə yetirməyə yönəlib.
Ramil Zeynallı