Avropa İttifaqına üzv ölkələr 15 000-ə qədər ukraynalı hərbçi üçün ən qısa zamanda təlim keçmək barədə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, təlim barədə detallar gələn həftə Brüsseldə müzakirə olunacaq. Plana əsasən, Polşa qərargah yaratmaq üçün Avropa İttifaqından vəsait alacaq.
Nəşr bildirir ki, Almaniya döyüş simulyasiya mərkəzində əsgər hazırlığı təklif etməyi planlaşdırır, eyni zamanda ukraynalı mühəndislər, tibb işçiləri və digər mütəxəssislər də ölkədə təlim keçəcəklər.