Rusiya Aerokosmik Qüvvələri (VKS) “ən-Nusra” terror qruplaşmasının və 13 silahlının obyektlərini məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini Oleq Yeqorov brifinqdə bildirib .
“Ruayxa və Msibin yaşayış məntəqələri ərazisində qeyri-qanuni silahlı birləşmələrin yeraltı sığınacaqlarına qrup hava zərbələri nəticəsində səhra komandirləri Əbu Yusef Əş-Şami və Xalid əl-Yusif də daxil olmaqla 13 yaraqlı məhv edilib . Terror qruplaşmasının 22 üzvü ağır yaralanıb”.
Mərkəz bundan əvvəl Rusiyanın Suriyadakı Aerokosmik Qüvvələrinin (VKS) Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş “Kətibə Tövhid vəl-Cihad” terror qruplaşmasının lideri Sirociddin Muxtarovu məhv etdiyini bildirib.
Gültəkin