Türkiyənin neft-qaz şirkəti Botaş Rusiyadan Rusiya qazı üçün bəzi ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasını istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, danışıqların perspektivləri hələ də qeyri-müəyyəndir və nə Botas, nə də Qazprom sorğuya cavab verməyib.
Sentyabrın 6-da Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb və o, Ankaranın Rusiya qazının tədarükünün 25%-ni rublla ödəməsi barədə razılığa gəldiyini açıqlayıb.
Ramil Zeynallı