Rusiyanın baş naziri Mixail Mişustin Rusiya iqtisadiyyatının sabitliyini yaxşılaşdırmaq üçün komissiyanın səlahiyyətlərini genişləndirib.
"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytında məlumat verilib.
İndi o, qismən səfərbərlik kontekstində operativ sosial-iqtisadi tədbirlər hazırlayacaq.
Həmçinin qeyd olunur ki, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək Nazirliyi və Federal Vergi Xidməti kiçik və orta sahibkarlığın dayanıqlı fəaliyyətinin təmin edilməsi məsələləri ilə məşğul olacaq qərargah yaratmalıdır.
Daha əvvəl bildirilmişdi ki, Qərb texnologiyasının itirilməsi Rusiya iqtisadiyyatına ən çox təsir göstərə bilər .Çin və digər ölkələr Qərb texnologiyalarını və komponentlərini tamamilə əvəz edə bilməyəcəklər.
Qeyd olunur ki, Rusiya Bankı kapitala nəzarət tətbiq etməklə və faiz dərəcələrini yüksəltməklə rublun məzənnəsini sabitləşdirməyə nail olub. Çin, Hindistan və Türkiyəyə artan neft satışları "AB-yə azalan ixracın qarşısını almağa kömək edib".
Gültəkin Ələsgər