Ekvadorun Latakunqa şəhərindəki həbsxanada məhbuslar arasında toqquşma baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məhbuslar bir-birinə silah və bıçaqla hücum ediblər. Hadisə nəticəsində ən azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.
Səlahiyyətlilər hadisəni yerli və beynəlxalq narkotik ticarəti qrupları ilə əlaqələndiriblər.
Həbsxananın müxtəlif yerlərində meyit axtarışları davam edir.
Seymur Əli