İtaliyanın maliyyə polisi Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq iki rusiyalı oliqarxın ölkədəki əmlakına həbs qoyub.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Liquriya dənizinin sahilindəki Portofino burnunda parkı olan malikanə, Villa Altachiara, həmçinin Rusiyanın enerji nəhəngi "Rosneft"in keçmiş rəhbəri Eduard Xudainatova məxsus Romada daşınmaz əmlak və avtomobil ələ keçirib.
Xudaynatov Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ-nin sanksiya siyahısına daxil edilib. Onun aktivləri təxminən 57 milyon avro qiymətləndirilir.
Başqa bir halda, polis İtaliyanın şimal-şərqindəki Qarda gölünün sahilində yerləşən Sirmione şəhərində dəyəri 15 milyon avrodan çox olan əmlak kompleksini dondurub. Mənbələrdən biri daşınmaz əmlakın Rusiyanın “Esn” birbaşa investisiya qrupunun rəhbəri Qriqori Berezkinə məxsus olduğunu bildirib.
Gülayə Mecid