Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması başa çatıb.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Elnur Məmmədov Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilib.

Elnur Məmmədov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Elnur Məmmədov sosial şəbəkələrdə müdafiə naziri Zakir Həsənovun ünvanına bir sıra iddialar irəli sürmüşdü.