ABŞ prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün qarşıdakı G20 və ya APEC sammitlərində Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini etiraf edib.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
O, müxbirin sualını cavablandırarkən “Görəcəyik” deyib.
Bayden daha əvvəl demişdi ki, Putin ABŞ-ı söz və təhdidlərlə qorxuda bilməz. Onun sözlərinə görə, ABŞ Ukraynanı dəstəkləməkdə və onu silahla təmin etməkdə davam edəcək. Vaşinqton tezliklə Ukrayna hakimiyyətinə 13 milyard dollarlıq yardım paketi verəcək.
Bayden vurğulayıb ki, ABŞ Rusiyaya yeni ərazilərin daxil olmasını tanımır.
Eyni zamanda, ABŞ-ın keçmiş prezidenti Donald Tramp sentyabrın 28 -də Rusiyanın hazırda xüsusi hərbi əməliyyat keçirdiyi Ukrayna ərazisində sülh şəraitinə nail ola biləcək danışıqlar qrupuna rəhbərlik etməyə hazır olduğunu bildirib.
Amerikalı siyasətçi həmçinin ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasını “Şimal axını”nın sızması hadisəsində həddən artıq təmkinli olduğuna görə tənqid edib.
Gültəkin Ələsgər