ABŞ prezidenti Co Bayden ölkədə marixuana saxlamaqda ittiham olunanların hamısının əfv olunduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə onun bəyanatında deyilir.
Sənəddə bildirilir: "Mən federal olaraq sadə marixuana saxlamağa görə məhkum edilmiş bütün şəxslər üçün əfv elan edirəm".
Bəyanatda qeyd edilir ki, ABŞ Baş prokuroru Baydenin adından sertifikatların verilməsi və vətəndaşların əfv edilməsi prosesini hazırlayacaq. ABŞ Səhiyyə Nazirliyinə marixuananı daha təhlükəli maddələrin daxil olduğu dərmanların təsnifatından çıxarmaq tapşırılıb.
Bu qərar əvvəllər məhkum olunmuş insanlara daha asan iş tapmağa və müxtəlif sosial funksiyaları yerinə yetirməyə imkan verəcək, Bayden qubernatorları dövlət səviyyəsində oxşar qərarlar qəbul etməyə çağırıb.
Sənəddə həmçinin deyilir ki, Amerika hakimiyyətinin marixuanaya uğursuz yanaşması çox sayda insanın həyatını məhv edib, lakin indi “bu səhvləri düzəltməyin vaxtıdır”.
Aprelin əvvəlində ABŞ Nümayəndələr Palatası esrarın federal səviyyədə dekriminallaşdırılmasına və marixuana ilə bağlı bəzi hökmlərin ləğvinə səs verib. May ayında ABŞ-da tibbi məqsədlər üçün qanuni marixuananın satışının məşhur qəhvə şəbəkəsi Starbucks -dan çox olduğu bildirildi.
Gültəkin Ələsgər