"Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “Armageddon”la üzləşə bilər".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Nyu-Yorkda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Kuba Raket Böhranından sonra ilk dəfə olaraq dünya birbaşa nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir.
"Yaxşı tanıdığım bir adamdır. O, taktiki nüvə silahlarının və bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir, çünki onun ordusunun əhəmiyyətli dərəcədə aşağı performans göstərdiyini deyə bilərsiniz. Mən başa düşməyə çalışıram ki, Putin üçün çıxış yolu nədir. O, çıxış yolunu harada tapacaq? O, nəinki Rusiya daxilində reputasiyasını itirir, həm də əhəmiyyətli dərəcədə hakimiyyətini itirir".
"Armageddon" nədir?
"Armageddon" dünyanın sonu gələndə aparılacağı deyilən böyük apokaliptik müharibə adlanır.
Gülayə Mecid